Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
Axtarış: 
Medvedyevin səfəri başladı
Rusiya prezidenti Dmitri Medvedyevin Azərbaycana səfəri başlayıb. Saratovda Dövlət Şurası Prezidiumunun fövqəladə toplantısını keçirən Rusiya prezidenti daha sonra xüsusi təyyarə ilə Azərbaycan paytaxtına gəlib.



İki gün davam edəcək səfər çərçivəsində iki ölkə arasında iqtisadi-ticari əməkdaşlıq və Xəzər dənizində qarşılıqlı fəaliyyət məsələləri müzakirə ediləcək. Səfərin yekununda dövlət sərhədi haqqında müqavilə və Samur transsərhəd çayının su resurslarının rasional istifadəsi və mühafizəsinə dair hökumətlərarası saziş imzalanması gözlənilir. İmzalanacaq müqavilə əsasında Rusiya və Azərbaycanın dövlət sərhədi dəqiqləşəcək. Azərbaycan ilk belə müqaviləni Rusiya ilə imzalamış olacaq. Azərbaycan və Rusiya prezidentləri beynəlxalq məsələlər sırasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması, həmçinin Xəzərdə beynəlxalq əməkdaşlıq məsələlərini müzakirə etmək niyyətindədirlər. Səfərin ilk günü Dmitri Medvedyev Fəxri Xiyabanda Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət edəcək. Bu gün Rusiya dövlət başçısı həmçinin Azərbaycan prezidenti İlham Əliyevin adından verilən rəsmi şam yeməyinə də qatılacaq.
Bakıda əvvəlcə prezidentlər səviyyəsində, sonra isə nümayəndə heyətlərinin iştirakı ilə danışıqlar başlayacaq. Danışıqlardan sonra sənədlərin imzalanması nəzərdə tutulur. ARDNŞ ilə “Qazprom” arasında Rusiya holdinqinin 2011-2012-ci illərdə Azərbaycandan satın aldığı mavi yanacağın həcminin artırılmasını nəzərdə tutan əlavə saziş imzalanması gözlənilir.
Dmitri Medvedyev səfər çərçivəsində Bakı Dövlət Universitetinin müəllim-tələbə heyəti ilə də görüşəcək. Rusiya prezidenti bu universitetin fəxri doktorluq diplomu ilə təltif olunacaq.
Rusiya prezidentini səfərdə köməkçisi Sergey Prixodko, baş nazirin müavini, prezidentinin Şimali Qafqaz Federal Dairəsində səlahiyyətli nümayəndəsi Aleksandr Xloponin, xarici işlər naziri Sergey Lavrov, energetika naziri Sergey Şmatko, bir sıra regionları rəhbərləri, o cümlədən Dağıstan və İnquşetiya prezidentləri, həmçinin Rusiya biznesinin nümayəndələri, “Qazprom”un İdarə Heyətinin sədri Aleksey Miller müşayiət edirlər.

Yerləşdirilib: 03.09.10   Baxılıb: 212
+  -  Çap 

ONLINE XƏBƏRLƏR
 
  • Ombudsman Niderlandın XİN nümayəndələrini qəbul edib
  • Oqtay Əsədov: “Bizdə inam yarandı ki, Fransa Konstitusiya Şurası ədalətli qərar qəbul edəcək”
  • Sabir Rüstəmxanlı: “Azərbaycanın Şimali Azərbaycan adlandırılması məntiqə uyğundur”
  • Birinci Dünya müharibəsinin son iştirakçısı vəfat edib
  • İraqda 14 nəfər edam olunub
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb

  •