Ermənilər dünən saat 18.30-dan 18.40-dək Goranboy rayonu Gülüstan kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 18.40-dan 18.50-dək, sentyabrın 2-də saat 03.00-dan 03.35-dək və 05.10-dan 05.30-dək Tərtər rayonu Qızıl Oba, Çaylı kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bu barədə məlumatı AZADİNFORM-a Müdafiə Nazirliyi mətbuat xidmətindən veriblər. Düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.
|