Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
Axtarış: 
Dünyanın ən yüksək dirəyinə Azərbaycan bayrağı sancıldı!
Sentyabrın 1-də Bakıda Dövlət Bayrağı Meydanının açılışı oldu. Təntənəli açılış mərasimində Prezident İlham Əliyev iştirak edib.



Qeyd edək ki, Dövlət Bayrağı Meydanının tikintisinə 2008-ci ilin əvvəlindən start verilib. Ərazidə aparılan inşaat işləri zamanı 1,5 milyon kub metr torpaq işi görülüb. Bayraq dirəyinin pyedestalının altında mürəkkəb mühəndis-texniki konstruksiya quraşdırılıb. Bünövrənin qoyulmasında uzunluğu 12 metr olan 152 dirəkdən və dərinliyi 30 metr olan, dəniz səviyyəsindən 7 metr aşağıda yerləşən 20 dirəkdən istifadə olunub. Üçrəngli bayrağın dalğalandığı dirəyin pyedestalının divarının ərsəyə gəlməsində ölkənin əksər rayonlarından gətirilən 28 milyon ədəd çay daşından istifadə edilib, beləliklə də bayrağın əhatəsində simvolik olaraq qala divarları təəssüratı yaradılıb. Dövlət bayrağının ucaldığı meydan 3 hissədən ibarətdir. Ümumi ərazisi 60 hektar olan meydanın üst yarusunda dövlət bayrağı ucalır və onun sahəsi 31200 kvadratmetrdir.

Prezident İlham Əliyev Dövlət Bayrağı Meydanında aparılan tikinti-quraşdırma işlərinin gedişini hər zaman diqqət mərkəzində saxladı. Layihənin əhəmiyyətini nəzərə alan dövlət başçısı 2008-2010-cu illərdə dəfələrlə Dövlət Bayrağı Meydanında olub, inşaat işlərinin yüksək keyfiyyətlə aparılmasına dair tapşırıq və tövsiyələrini verib. Prezident İlham Əliyevin layihənin yüksək keyfiyyətlə başa çatdırılmasına verdiyi önəmin nəticəsi idi ki, dövlət başçısı 26 oktyabr 2009-cu ildə və 3 avqust 2010-cu ildə Dövlət Bayrağı Meydanında tikinti-quraşdırma və abadlaşdırma işlərinin sürətləndirilməsi məqsədilə sərəncamlar imzaladı.
Tikintinin ən mürəkkəb bölməsi dövlət bayrağının dirəyi ilə bağlı oldu. Bayraq dirəyinin layihəsini Amerika Birləşmiş Ştatlarının bu sahədə ixtisaslaşmış “Traydent Sapport” şirkəti hazırladı, podratçı qismində isə yerli “Azenko” şirkəti çıxış etdi. Bakının küləkli hava şəraiti bayraq dirəyinin hazırlanmasında və quraşdırılmasında daha dəqiq hesablamaların aparılmasını tələb edirdi. Amma layihələndirmə işlərinin mükəmməlliyi, Azərbaycan mütəxəssislərinin yüksək profesionallığı və gərgin əməyi bu məsələnin də yüksək keyfiyyətlə həllinə imkan verdi.
Layihənin digər mühüm hissələrindən biri -  dirəyin quraşdırılmasında istifadə olunacaq kranın yığılması da mürəkkəb prosesdən keçdi. Azərbaycan hökumətinin sifarişi ilə Almaniyada hazırlanan və parametrlərinə görə regionda yeganə olan 188 metr hündürlükdə işləyən, yükqaldırma qabiliyyəti isə 600 ton olan kran dirəyin tam keyfiyyətlə quraşdırılmasında müstəsna rol oynadı. Nəhayət, hündürlüyü 5 metr olan pyedestalın üzərində çəkisi 300 ton olan dayağın ucaldılması prosesi uğurla başa çatdı.
15 seksiyadan ibarət olan bayraq dirəyinin pyedestaldan hündürlüyü 162 metr, dəniz səviyyəsindən hündürlüyü isə 192 metrdir. Bayraq dirəyinin hündürlüyü artdıqca dirəyin diametri 1 metrədək azalır. Küləyin sürəti saniyədə 66 metr olanda belə dirəyin təhlükəsizliyi tam təmin olunub.
Layihənin ən maraqlı bölmələrindən biri də dövlət bayrağının parametrləri ilə bağlıdır. Eni 35, uzunluğu 70 metr olan bayrağın çəkisi 350 kiloqramdır və 2450 kvadratmetr sahəni əhatə edir. Yaş halda çəkisi 2 dəfə artır. Xüsusi yumşaq materialdan hazırlanan bayraq təbii təsirlərə olduqca davamlıdır. Bu layihənin əhəmiyyətini Ginnes Rekordlar Təşkilatı da öz qərarı ilə təsdiqləyib. 2010-cu il mayın 29-da Ginnes Rekordlar Təşkilatı dünyanın ən hündür bayraq dirəyinin Azərbaycan paytaxtında olduğunu elan edib.
Dövlət Bayrağı Meydanının əhəmiyyətini artıran digər mühüm amil bu monumental kompleksin dövlət rəmzlərini özündə birləşdirən məkana çevrilməsidir. Prezident İlham Əliyevin ideyasına uyğun olaraq hündürlüyü 5 metr olan pyedestal Azərbaycan Respublikasının bayrağında əks olunan 8 guşəli ulduzu simvolizə edir. Bayrağın bünövrəsinin əhatəsində isə dövlət rəmzləri - himnin sözləri, gerb və xəritə yerləşdirilib. Azərbaycanda ilk dəfə sahəsi 100 kvadrat metr, 9:11 metr nisbətində, çəkisi 16 ton olan, üzəri qızıl suyuna salınan nəhəng bürünc gerb hazırlanıb. 490 hərf və durğu işarələrindən ibarət olan himnin sözləri üzəri qızıl suyuna salınan 6,5 tonluq bürüncdən hazırlanıb. Xəritədə isə 74 inzibati ərazi adı əks olunub. Çəkisi 6,7 ton olan və bürünc lövhə üzərində həkk olunan xəritənin də üzəri qızılla işlənib. Pyedestalı əhatələyən səkkiz guşənin altında isə Dövlət Bayrağı Muzeyi yaradılıb. Beləliklə, regionda analoqu olmayan daha bir layihə Azərbaycan dövlətinin səyləri hesabına reallığa çevrilib. Azərbaycan bayrağına dərin ehtiramı, milli dəyərlərə sadiqliyi ilə diqqət çəkən Prezident İlham Əliyev ölkəmizin və xalqımızın taleyi ilə bağlı olan bu mühüm missiyanı da uğurla yerinə yetirdi.

Yerləşdirilib: 02.09.10   Baxılıb: 276
+  -  Çap 

ONLINE XƏBƏRLƏR
 
  • Ombudsman Niderlandın XİN nümayəndələrini qəbul edib
  • Oqtay Əsədov: “Bizdə inam yarandı ki, Fransa Konstitusiya Şurası ədalətli qərar qəbul edəcək”
  • Sabir Rüstəmxanlı: “Azərbaycanın Şimali Azərbaycan adlandırılması məntiqə uyğundur”
  • Birinci Dünya müharibəsinin son iştirakçısı vəfat edib
  • İraqda 14 nəfər edam olunub
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb

  •