Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
Axtarış: 
Seçkilərlə maraqlanan beynəlxalq qurumların konstruktiv fikirləri təqdir olunur
“ATƏT-in Bakı Ofisi də daxil olmaqla seçkilərlə maraqlanan digər beynəlxalq qurumların fəaliyyəti Mərkəzi Seçki Komissiyası tərəfindən həmişə izlənilir. Onların hamısının mütərəqqi, konstruktiv fikirləri təqdir olunur.

Hərdən ola bilər ki, onların müəyyən hərəkətləri, addımları bizi qane etmir”. Bu fikirləri Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov ATƏT-in Bakı Ofisinin parlament seçkiləri ilə bağlı avqustun 26-da açıqladığı tövsiyələrə münasibət bildirərkən deyib.
 “Ancaq buna baxmayaraq, mən həmişə MSK adından bu qurumlara minnətdarlığımı bildirirəm. ATƏT-in Bakı Ofisi Azərbaycanda keçirilən son bir neçə seçkidə kifayət qədər fəallıq göstərib”.
Qeyd edək ki, ATƏT-in Bakı Ofisi avqustun 24-də Bakıda keçirilən dəyirmi masada səslənən təklifləri ümumiləşdirərək qarşıdan gələn parlament seçkilərinin işıqlandırılmasına dair tövsiyələr hazırlayıb. Həmin tövsiyələr avqustun 26-də açıqlanıb.
Xatırladaq ki, ATƏT-in mətbuat azadlığı üzrə xüsusi nümayəndəsi Dunya Miyatoviç sentyabrın əvvəlində Azərbaycana gələcək.
APA-nın məlumatına görə, D. Miyatoviç sentyabrın 6-da ATƏT-in Bakı ofisinin Mətbuat Şurası ilə birgə təşkil edəcəyi “KİV-də özünütənzimləmə yolu ilə söz azadlığının təmin edilməsi” mövzusunda konfransda iştirak edəcək.
Tədbirə hökumət, mətbuat, vətəndaş cəmiyyətinin nümayəndələri və xarici qonaqlar qatılacaq.

Yerləşdirilib: 28.08.10   Baxılıb: 225
+  -  Çap 

ONLINE XƏBƏRLƏR
 
  • Ombudsman Niderlandın XİN nümayəndələrini qəbul edib
  • Oqtay Əsədov: “Bizdə inam yarandı ki, Fransa Konstitusiya Şurası ədalətli qərar qəbul edəcək”
  • Sabir Rüstəmxanlı: “Azərbaycanın Şimali Azərbaycan adlandırılması məntiqə uyğundur”
  • Birinci Dünya müharibəsinin son iştirakçısı vəfat edib
  • İraqda 14 nəfər edam olunub
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb

  •