Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
Axtarış: 
Xarici İşlər Nazirliyi Azərbaycan vətəndaşlarına İraqa getməməyi tövsiyyə edir
Bayram Niftəliyev/AZADİNFORM. Xarici İşlər Nazirliyi Azərbaycan vətəndaşlarına İraqda baş verən terror hadisələri və silahlı toqquşmalarla bağlı xəbərdarlıq edir. AZADİNFORM XİN-nin rəsmi internet saytına istinadən xəbər verir ki, İraq ərazisində əvvəlki illərə nisbətən terror hücumlarının sayı azalsa da ölkə ərazisinə səyahət etmək hələ də təhlükəlidir. Bağdad və onun şimal hissələrindən Mosul və Kərkükə qədər olan ərazilərə səyahətlər vacib olmadıqca təxirə salınmalıdır. Bundan başqa Bəsrə, Maysan, Əl Anbar, Salah Əd Din, Diyala, Vasit, Babil, Nineva, Əl Qadisiyah, Mutanna, Nəcəf, Kərbəla, Di Qar əyalətlərinə edilən səyahətlər də təhlükəlidir.

İraq ərazisində İraq Təhlükəsizlik qüvvələri və müxtəlif silahlı qruplaşmalar arasında hər gün toqquşmaların baş verməsi və xarici ölkə vətəndaşlarına qarşı seçimsiz hücumların olması halları müşahidə olunur. Ölkə ərazisində insanların girov götürülməsi və oğurlanması halları, eyni zamanda nəqliyyat vasitələrinə, insanların öz bədənlərinə və insanların sayının çox olduğu yerlərə yerləşdirilmiş partlayıcı maddələrin partladılması nəticəsində minlərlə insanın ölməsi və yaralanması faktları mövcuddur. Avtomobillə edilən səyahətlər də olduqca təhlükəlidir. Xüsusilə Bağdad şəhəri və Bağdad Beynəlxalq Hava Limanı arasındakı yollarda tez-tez avtomobillərə hücumlar baş verir. Bunları nəzərə alaraq İraqa səfər etmək istəyən Azərbaycan vətəndaşlarının diqqətinə çatdırılır ki, bu ölkəyə səfər edən zaman yuxarıda qeyd edilən məsələləri nəzərə alsınlar və ehtiyatlı olsunlar. İraqda daimi və müvəqqəti yaşayan, olan Azərbaycan vətəndaşları qeyd edilən məsələlərlə bağlı hər hansı problemlə qarşılaşdıqda, onlara daha asan yardım göstərilməsi üçün Əmman şəhərində yerləşən Azərbaycanın İordaniya Haşimilər Krallığındakı səfirliyi ilə əlaqə saxlamaları və konsulluq qeydiyyatına durmaları tövsiyə olunur. Xarici İşlər Nazirliyi bildirir ki, vətəndaşların səyahəti zamanı baş verə biləcək hadisələrə görə XİN heç bir məsuliyyət daşımır.

Yerləşdirilib: 10.03.10   Baxılıb: 183
+  -  Çap 

ONLINE XƏBƏRLƏR
 
  • Ombudsman Niderlandın XİN nümayəndələrini qəbul edib
  • Oqtay Əsədov: “Bizdə inam yarandı ki, Fransa Konstitusiya Şurası ədalətli qərar qəbul edəcək”
  • Sabir Rüstəmxanlı: “Azərbaycanın Şimali Azərbaycan adlandırılması məntiqə uyğundur”
  • Birinci Dünya müharibəsinin son iştirakçısı vəfat edib
  • İraqda 14 nəfər edam olunub
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb

  •