Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
Axtarış: 
«Biz istəyirik ki, seçki tam aşkar və demokratik keçirilsin»
Əli Həsənov: «Azərbaycan hökuməti adından bəyan edirəm ki, biz bu seçkilərdə KİV-in inkişafını məhdudlaşdıracaq heç bir inzibati tədbir görməyəcəyik»



“Parlament seçkiləri yaxınlaşdıqca cəmiyyətdəki seçki həyəcanı da artmaqdadır”. Bu barədə jurnalistlərə açıqlamasında Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov məlumat verdi. O qeyd etdi ki, avqustun 24-də ATƏT-in Bakı ofisinin təşkilatçılığı ilə keçirilən seçkilərin mediada əks etdirilməsinə həsr olunmuş tədbir də bunu sübut edib. Bu tədbirdə seçkilərə qatılmaq niyyətini bəyan etmiş bütün siyasi partiyalar, Mərkəzi Seçki Komissiyasının rəhbərliyi, millət vəkilləri seçki prosesi ilə bağlı fikirlərini ifadə ediblər: «Ümumi fikir ondan ibarətdir ki, seçki prosesində namizədlərə bərabər şərait yaradılsın. Kütləvi informasiya vasitələri seçki təbliğatına maksimum yer versin. O cümlədən İctimai Televiziyada Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq ayrılan ödənişsiz efir vaxtından daha səmərəli istifadə olunsun. Yəni ümumilikdə azad seçki yarışı mühiti formalaşdırılsın. Hakimiyyət olaraq bəyan edirik ki, biz buna hazırıq». Əli Həsənov qeyd etdi ki, hakimiyyət Seçki Məcəlləsində nəzərdə tutulmuş təşviqat, seçicilərlə görüş və digər məsələlərlə bağlı namizədlərə bərabər şəraitin yaradılmasına hazırdır. Buna görə də bu ilki seçkilərdə azad seçki mühiti yaradılması planlaşdırılır. «Ölkədə tam demokratik seçkilər təşkil olunacaq. Əhali kimə səs verəcəksə o da bizi gələcək parlamentdə bizi təmsil edəcək» - deyə şöbə müdiri vurğuladı.
 
Prezident Administrasiyasının rəsmisi ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilgə Cankorelin administrasiyanın rəhbəri Ramiz Mehdiyevlə bir müddət bundan əvvəl keçirilən görüşündə seçki praktikasının təkmilləşdirilməsi ilə bağlı məsələlərin müzakirə olunduğunu bildirdi. Əlavə etdi ki, Azərbaycanda seçki prosesi hər hansı bir məmurun tapşırıqları ilə deyil, seçki qanunvericiliyinə uyğun keçirilir. Mərkəzi Seçki Komissiyası və digər dövlət qurumları da öz işlərində məhz həmin qanunvericiliyə əsaslanırlar. Əli Həsənov onu da bildirdi ki, ATƏT-in Bakı ofisinin və qurumun Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Azərbaycandakı seçki prosesinin təkmilləşdirilməsi ilə bağlı tövsiyələri prosesin daha da şəffaflaşdırılmasına xidmət edir. «Biz düşünürük ki, həmin təkliflərin Seçki Məcəlləsinə uyğun gələnləri, daha demokratik seçkinin keçirilməsinə xidmət edənləri mütləq şəkildə nəzərə alınacaq» - deyə Prezident Administrasiyasının şöbə müdiri vurğuladı. Onun sözlərinə görə, seçki praktikasının təkmilləşdirilməsi işində ATƏT-in fəaliyyəti də öz rolunu oynayacaq. PA rəsmisi bildirdi ki, seçkidə iştirak edən bütün namizədlərə öz platformalarını seçicilərinə çatdırmaları üçün şərait yaradılmalıdır. Bu istiqamətdə KİV-lərin rolu aktiv olmalıdır: «Azərbaycan hökuməti adından bəyan edirəm ki, biz bu seçkilərdə KİV-in inkişafını məhdudlaşdıracaq heç bir inzibati tədbir görməyəcəyik. Namizədlərin KİV-lərə çıxışı ilə bağlı seçki qanunvericiliyindəki bütün müddəalara əməl ediləcək. Özəl telekanallarda ödənişli təbliğat üçün heç bir problem yaradılmayacaq. Çünki biz istəyirik ki, seçki tam aşkar və demokratik keçirilsin». Əli Həsənov onu da bildirdi ki, seçkidə iştirak edən bütün tərəflər ölkənin seçki imicinin korlanmamasına çalışmalıdırlar. Onun sözlərinə görə, ötən seçkilər göstərib ki, adətən Azərbaycanda seçki gününə qədər bütün proseslər qaneedici olur. Seçkidə iştirak edən tərəflər seçki günü də prosesin tam demokratik keçirilməsi ilə bağlı açıqlamalar verirlər. Amma seçkilər başa çatdıqdan, nəticələr elan olunduqdan sonra məğlublar məğlubiyyətlərini qəbul etmək istəmirlər. Nəticədə seçkilərdə məğlub olmuş qüvvələr prosesin qeyri-demokratik keçirilməsini iddia edirlər. Bu isə Azərbaycanın seçki imicinə xələl gətirir. Əli Həsənov bütün siyasi qüvvələri bu praktikadan əl çəkməyə çağırdı.

İlham QULİYEV

Yerləşdirilib: 25.08.10   Baxılıb: 225
+  -  Çap 

ONLINE XƏBƏRLƏR
 
  • Ombudsman Niderlandın XİN nümayəndələrini qəbul edib
  • Oqtay Əsədov: “Bizdə inam yarandı ki, Fransa Konstitusiya Şurası ədalətli qərar qəbul edəcək”
  • Sabir Rüstəmxanlı: “Azərbaycanın Şimali Azərbaycan adlandırılması məntiqə uyğundur”
  • Birinci Dünya müharibəsinin son iştirakçısı vəfat edib
  • İraqda 14 nəfər edam olunub
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb

  •