Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
Axtarış: 
Prezident İlham Əliyev səfir Ərşad Ömər İsmayılı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib
Bu gün prezident İlham Əliyev İraqın ölkəmizdəki səfiri Ərşad Ömər İsmayılı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. AZADİNFORM xəbər verir ki, dövlət başçısı Ərşad Ömər İsmayılın Azərbaycandakı diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasında əlaqələrin inkişaf etdiyini vurğulayıb. İraqda parlament seçkilərinin uğurla keçməsi münasibətilə təbriklərini çatdıran prezident İlham Əliyev əlaqələrimizin növbəti mərhələdə daha fəal olacağına ümidvar olduğunu bildirib. Səfirə uğurlar arzulayan dövlət başçısı əminliklə qeyd edib ki, diplomat Azərbaycan və İraq xalqları arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində gələcəkdə də fəaliyyətini davam etdirəcək.

Ə.Ö.İsmayıl Azərbaycandakı diplomatik fəaliyyəti dövründə səfirliyin işinə yaradılan yüksək şəraitə görə şəxsən prezident İlham Əliyevə minnətdarlığını bildirib. Azərbaycan xalqının timsalında yaxşı dost qazandığını deyən diplomat gələcək fəaliyyəti dövründə də xalqlarımız arasında əlaqələrin inkişaf etdirilməsi işində səylərinin əsirgəməyəcəyini bildirib.

Yerləşdirilib: 09.03.10   Baxılıb: 202
+  -  Çap 

ONLINE XƏBƏRLƏR
 
  • Ombudsman Niderlandın XİN nümayəndələrini qəbul edib
  • Oqtay Əsədov: “Bizdə inam yarandı ki, Fransa Konstitusiya Şurası ədalətli qərar qəbul edəcək”
  • Sabir Rüstəmxanlı: “Azərbaycanın Şimali Azərbaycan adlandırılması məntiqə uyğundur”
  • Birinci Dünya müharibəsinin son iştirakçısı vəfat edib
  • İraqda 14 nəfər edam olunub
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb

  •