Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
Axtarış: 
Bakıda Çıraq Neft Layihəsinə sanksiya verilməsi münasibətilə imzalanma mərasimi keçirildi
Bu gün Bakıda Çıraq Neft Layihəsinə sanksiya verilməsi münasibətilə imzalanma mərasimi keçirildi. AZADİNFORM xəbər verir ki, mərasimdə Əsrin Müqaviləsi çərçivəsində əldə edilən nailiyyətlərdən danışan ARDNŞ prezidenti Rövnəq Abdullayev bu gün Xəzərin Azərbaycan hissəsində 14 xarici ölkənin 24 aparıcı şirkətinin neft-qaz hasilatında iştirak etdiklərini bildirdi. R.Abdullayevin sözlərinə görə, Çıraq Neft Layihəsinin işlənməsi ümumilikdə 360 mln. barel əlavə neft ehtiyatlarının çıxarılmasına imkan verəcək. Sözügedən layihənin icrası zamanı dünyanın ən aparıcı şirkətlərinin son texnologiyalarından istifadə olunacağını diqqətə çatdıran şirkət rəsmisi Azərbaycanın neft sektoruna ümumilikdə 38 mlrd. ABŞ dolları həcmində investisiya qoyulduğunu bildirib. Daxili vəsait hesabına reallaşacaq layihəyə xaricdən yalnız avadanlıqlar və müvafiq qurğular cəlb ediləcək. R.Abdullayev Çıraq Neft Layihəsinin tikintisi və istismarı zamanı 1800-dən artıq yeni iş yerlərinin də yaradılacağını qeyd edib.

BP-Azərbaycan şirkətinin prezidenti Rəşid Cavanşir layihənin ümumi dəyərinin 6 mlrd. dollar olduğunu, bunun 4 mlrd. dollarının obyekt və qurğuların tikintisinə, 2 mlrd. dollarının isə 2024-cü ilin sonuna qədər davam edəcək quyuların qazma işlərinə sərf olunacağını bildirib. R.Cavanşir layihədən ilk neftin hasilatının 2013-cü ilin dördüncü rübünə planlaşdırıldığını vurğulayıb.
Tədbirin sonunda ARDNŞ prezidenti Rövnəq Abdullayev və BP-Azərbaycan şirkətinin prezidenti Rəşid Cavanşir arasında Çıraq Neft Layihəsinin işlənməsinə dair sənədlərin imzalanma mərasimi keçirilib.

Yerləşdirilib: 09.03.10   Baxılıb: 176
+  -  Çap 

ONLINE XƏBƏRLƏR
 
  • Ombudsman Niderlandın XİN nümayəndələrini qəbul edib
  • Oqtay Əsədov: “Bizdə inam yarandı ki, Fransa Konstitusiya Şurası ədalətli qərar qəbul edəcək”
  • Sabir Rüstəmxanlı: “Azərbaycanın Şimali Azərbaycan adlandırılması məntiqə uyğundur”
  • Birinci Dünya müharibəsinin son iştirakçısı vəfat edib
  • İraqda 14 nəfər edam olunub
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb

  •