Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
Axtarış: 
Prezidentlər strateji tərəfdaşlıq haqqında müqavilə imzaladı
Türkiyə prezidenti Abdulla Gül avqustun 16-da Azərbaycana rəsmi səfərə gəlib. Türkiyə prezidenti Abdulla Gülün rəsmi qarşılanma mərasimi olub. Türkiyə prezidentini Azərbaycanın dövlət başçısı İlham Əliyev qarşılayıb.



Türkiyə və Azərbaycanın dövlət himnləri səslənib, dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçiblər. Türkiyə prezidenti Azərbaycan əsgərlərini salamlayıb.

Sonra Azərbaycanın dövlət və hökumət nümayəndələri Abdulla Gülə, Türkiyə nümayəndə heyətinin üzvləri isə İlham Əliyevə təqdim olunub.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib.
Daha sonra prezidentlərin təkbətək görüşü keçirilib. Görüşdə Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif sahələrdə inkişafından məmnunluq bildirilib, münasibətlərin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub.
Yüksək səviyyədə qarşılıqlı səfərlərin əhəmiyyətinə toxunan dövlət başçıları Türkiyə prezidentinin Azərbaycana rəsmi səfərinin ölkələrimiz arasında əlaqələrin genişlənməsinə töhfəsini verəcəyini vurğulayıblar.
Görüşdə ikitərəfli münasibətlər, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Dövlət başçıları arasında təkbətək görüşdən sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş olub. Bunun ardınca Azərbaycan-Türkiyə sənədlərinin imzalanması mərasimi keçirilib.
Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə prezidenti Abdulla Gül “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında Müqavilə” imzalayıblar.

Yerləşdirilib: 17.08.10   Baxılıb: 219
+  -  Çap 

ONLINE XƏBƏRLƏR
 
  • Ombudsman Niderlandın XİN nümayəndələrini qəbul edib
  • Oqtay Əsədov: “Bizdə inam yarandı ki, Fransa Konstitusiya Şurası ədalətli qərar qəbul edəcək”
  • Sabir Rüstəmxanlı: “Azərbaycanın Şimali Azərbaycan adlandırılması məntiqə uyğundur”
  • Birinci Dünya müharibəsinin son iştirakçısı vəfat edib
  • İraqda 14 nəfər edam olunub
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb

  •