Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

 
AXTARIŞ
 

 
 
ARXİV
 
« İyul.2010»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
   1234
567891011
12131415161718
19202122232425
262728293031 
 
 




 
 
 
Bakıda “Caspian Banking and Finance” 6-cı Beynəlxalq Banklar və Maliyyə konfransı keçiriləcək
Aprelin 13-14-də Bakıda, “Caspian Banking and Finance”  6-cı Beynəlxalq Banklar və Maliyyə konfransı və sərgisi keçiriləcək. Bu barədə məlumatı AZADİNFORM-a “Iteca Caspian” şirkətindən veriblər.
Banklar və Maliyyə konfransında Azərbaycan, Gürcüstan, Qazaxıstan, Rusiya, Ukrayna, Türkiyə və digər ölkələrin Milli Bankları, Maliyyə Nazirlikləri, Bank Assosiasiyaları və digər maliyyə strukturlarından olan yüksək səviyyəli qonaqlar da daxil olmaqla 200-dən çox nümayəndənin iştirakı gözlənilir.

Konfransda çıxış edənlər arasında Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Beynəlxalq Maliyyə Korporasiyası (IFC), Qara dəniz Ticarət və İnkişaf Bankı, Gürcüstan Banklar Assosiasiyası, Rusiya Banklar Assosiasiyası kimi nüfuzlu maliyyə strukturlarının nümayəndələri olacaq. Azərbaycanda bank sisteminin liderləri Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Risk Peşəkarları Assosiasiyası, “AmrahBank”, “Bank of Baku”, “Kapital Bank”, “Paşa Bank”, “Raiffeisen Zentralbank”, “Royal Bank” və digər banklar, eləcə də sığorta, lizinq, konsaltinq, hüquq və audit şirkətləri və investisiya banklarının nümayəndələri də sözügedən tədbirə qatılacaqlar.
“Qlobal iqtisadi böhranın fəsadlarının Xəzər regionu ölkələrinin bank sisteminə təsiri” konfransın əsas mövzusu olacaq.
Konfransla paralel olaraq “Banklar və Maliyyə” sərgisi də keçiriləcək. Azərbaycanın bütün aparıcı bankları və sığorta şirkətləri, o cümlədən banklar üçün xidmətlər təklif edən şirkətlər bu tədbirdə iştirak edəcəklərini artıq təsdiqləyiblər. Sərgi iştirakçılarının əsas qismini Gürcüstan, Qazaxıstan, Rusiya, Türkiyə, Ukrayna və digər ölkələrdən olan şirkətlər təşkil edəcək.

Yerləşdirilib: 09.03.10   Baxılıb: 67
+  -  Çap 

ONLINE XƏBƏRLƏR
 
  • Düşmən dörd istiqamətdə atəşkəsi pozub
  • “Qarabağ” Polşada tarix yazdı
  • Jurnalist Araşdırmaları Mərkəzi monitorinqləri davam etdirəcək
  • Şirvan-Sabirabad yolunda hərəkət məhdudlaşdırılıb
  • “Təhlükəsiz Şəhər” Xidməti 16 cinayətin üstünü açıb
  • “Əl-Qaida”dan Türkiyəyə çağırış
  • Respublika üzrə 46 minə yaxın daşınmaz əmlak obyekti dövlət qeydiyyatına alınıb
  • Gürcüstandakı “SOCAR” yanacaqdoldurma məntəqələrinin sayı 40-a çatdı
  • “İSR-duz istehsalı” MMC-də məhsul istehsalı dayandırıldı
  • Əli Abbasov dövlət naziri Zəfər Çağlayanla görüşüb
  • Magistraturaya əlavə yerləşirmə başlayıb
  • YUNESKO-nun Baş direktoru ümummilli liderin məzarın ziyarət edib
  • Azərbaycan antikorrupsiya islahatları sahəsində irəliləyişə nail olub

  •