Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
Axtarış: 
Magistraturaya da qəbul yeni maliyyələşmə mexanizminə uyğun aparılacaq
Ümumi intellekt səviyyəsini müəyyən edən bəzi test tapşırıqları cavab variantları olmadan təqdim ediləcək

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) «Magistr» xüsusi buraxılışının 1-ci sayında 2010-2011-ci tədris ili üçün ali məktəblərin magistraturalarına qəbul qaydalarını nəşr edib. Martın 5-də bununla bağlı keçirilən mətbuat konfransında TQDK sədri Məleykə Abbaszadə məlumat verib.

Sədrin sözlərinə görə, magistraturaya qəbulla əlaqədar quruma ali təhsil müəssisələrinin tələbələri, məzunları və ümumiyyətlə, ictimaiyyətin müxtəlif nümayəndələrindən çoxlu sayda sual, məktub və müraciətlər daxil olur: “Jurnalın bu sayında həmin müraciət və suallardan ən səciyyəvi olanları və onlara komissiyanın mütəxəssisləri tərəfindən hazırlanan cavablar dərc edilib. Cavablandırılan suallar magistraturaya qəbulla bağlı oxucuları maraqlandıran bir sıra məsələlərə aydınlıq gətirəcək. Qəbul qaydalarına əsasən, ali təhsil müəssisələrinin magistraturalarına qəbul aparılan ixtisaslaşmalar qəbul proqramları üzrə qruplaşdırılacaq. Qəbul imtahanı isə iki mərhələdə keçiriləcək”.  Birinci mərhələdə test üsulu ilə bakalavrın ümumi intellekt səviyyəsi (məntiqi təfəkkürü), informatika (Azərbaycan Diplomatik Akademiyasına daxil olmaq istəyənlər üçün riyaziyyat) fənnini və xarici dili bilmə səviyyəsi yoxlanacaq.  Birinci mərhələdəki nəticələri TQDK tərəfindən müəyyən edilən tələbləri ödəyən bakalavrlar ikinci mərhələyə buraxılacaqlar. İkinci mərhələdə onların ixtisas sahəsində bilikləri seçdikləri qəbul proqramı üzrə test üsulu ilə yoxlanılacaq: “Bəzi qəbul proqramlarını seçən bakalavrlar ixtisas üzrə test tapşırıqlarının əvəzinə təqdim edilən suallara yazılı formada cavab verməlidirlər. Bu barədə ixtisaslaşmalar üzrə qəbul proqramları dərc olunanda məlumat veriləcək. Xarici dil kimi Azərbaycan bölməsinin bakalavrlarına ingilis, alman, fransız və ya rus dilini, rus bölməsinin bakalavrlarına isə ingilis, alman və ya fransız dilini seçmək imkanı verilir. Filologiya və tərcümə sahəsi üzrə ixtisaslaşmalara qəbul olunmaq istəyən bakalavrlar ixtisaslaşma dilini xarici dil kimi seçə bilməzlər”. Tədrisi ingilis dilində olan ixtisaslaşmalara qəbul olmaq istəyən bakalavrlar xarici dil kimi yalnız ingilis dilini seçməli və onların ingilis dili üzrə topladığı bal TQDK tərəfindən tədrisi ingilis dilində olan ixtisaslaşmalara qəbul üçün qoyulan tələblərə uyğun olmalıdır.
TQDK sədri bildirib ki, bu ildən etibarən ümumi intellekt səviyyəsini müəyyən edən bəzi test tapşırıqları cavab variantları olmadan, yəni açıq tipli təqdim ediləcək: “Bu il ali məktəblərin bakalavr və magistratura pillələrinə qəbul ölkə prezidentinin «Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə» fərmanına uyğun olaraq aparılacaq. Fərmana uyğun olaraq, bu ildən magistraturada da təhsil dövlət sifarişi əsasında dövlət büdcəsinin vəsaiti hesabına və ödənişli əsaslarla həyata keçiriləcək. Bu da o deməkdir ki, daha yaxşı nəticə göstərənlərin imkanları genişlənəcək. Hazırda bu sahədə dövlət sifarişini  müəyyənləşdirmək üçün İqtisadi İnkişaf Nazirliyi, Təhsil Nazirliyi, Nazirlər Kabineti və digər müvafiq nazirliklər çox ciddi iş aparırlar. Qəbul aparılacaq ixtisasların siyahısı və ixtisaslar üzrə qəbul planı isə martın 15-dək elan olunacaq”.
M.Abbaszadənin sözlərinə görə, TQDK ictimaiyyətin qəbul prosesi ilə daha yaxından maarifləndirilməsi üçün həftəlik mətbuat konfransları keçirmək ənənəsini də bərpa edəcək: “Aprelin 10-dan hər həftənin beşinci günü TQDK-da qəbul prosesinin gedişi ilə bağlı mətbuat konfransları keçiriləcək . Jurnalistlər və ictimaiyyət nümayəndələri qəbul prosesinin gedişi ilə bağlı çoxsaylı suallarını TQDK-nın mətbuat xidmətinə də ünvanlaya bilərlər. Bu sualların cavabları interaktiv şəkildə dərhal TQDK-nın internet saytında yerləşdiriləcək». Qurum sədri ali məktəblərin magistratura pilləsinə qəbul imtahanlarının regionlarda keçirilə biləcəyini də deyib: «TQDK ali məktəblərin bakalavr pilləsinin I ixtisas qrupunun qəbul imtahanları kimi, magistraturaya qəbul imtahanlarının da regionlarda keçirilməsinin tərəfdarıdır.  Naxçıvanda qəbul imtahanları həmişə keçirilib. Digər bölgələrdə də imtahanların keçirilməsi sənəd qəbulu başlayandan, imtahanda iştirak edəcək kontingent formalaşandan sonra dəqiqləşəcək. Magistraturaya qəbul imtahanlarının regionlarda keçirilməsi daha çox kontingentin sayından asılı olacaq». 


HƏQİQƏT

Yerləşdirilib: 06.03.10   Baxılıb: 243
+  -  Çap 

ONLINE XƏBƏRLƏR
 
  • Ombudsman Niderlandın XİN nümayəndələrini qəbul edib
  • Oqtay Əsədov: “Bizdə inam yarandı ki, Fransa Konstitusiya Şurası ədalətli qərar qəbul edəcək”
  • Sabir Rüstəmxanlı: “Azərbaycanın Şimali Azərbaycan adlandırılması məntiqə uyğundur”
  • Birinci Dünya müharibəsinin son iştirakçısı vəfat edib
  • İraqda 14 nəfər edam olunub
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb

  •