Bayram Niftəliyev/AZADİNFORM. Daxili İşlər Nazirliyinin “102” xidmətinə daxil olmuş məlumatlar əsasında keçirilən operativ tədbirlər zamanı bütövlükdə 60 cinayətin üstü açılıb, məişət zəminində baş verən 788 hüquqpozmanın qarşısı alınıb. AZADİNFORM xəbər verir ki, bu barədə barədə Daxili İşlər Nazirliyindən keçirilən kollegiya iclasında məlumat verilib.
Cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişin təmin edilməsində səmərəli rol oynayan “Təhlükəsiz Şəhər” Xidməti tərəfindən videomüşahidə sistemlərinin tətbiqilə 16 cinayətin üstü açılıb, 972 yol-nəqliyyat qəzası, o cümlədən vətəndaşların xəsarətlənməsi ilə nəticələnən 23 analoji hadisə müəyyən edilib. Yol hərəkəti qaydaları əleyhinə olan 16 mindən çox inzibati xəta aşkarlanıb.
|