Günel Əbilova/AZADİNFORM. Əl-Qaida terror təşkilatının liderlərindən olan Əyman Əl-Zəvahirinin səsi yazılmış lent yayımlanıb. AZADİNFORM Türkiyə mətbuatına istinadən xəbər verir ki, Usamə bin Ladenin ən yaxın köməkçisi olan Əl-Zəvahiri Türkiyəni “dünyada bütün müsəlmanların lideri” olmağa çağırıb. “Türklər Osmanlı imperatorluğunun hakimiyyəti illərində neçə əsrlər boyu islamın müdafiəçisi olub, bu gün də türk xalqı İsrail ilə əlaqələri kəsib, Əfqanıstandaki əsgərlərin geri çəkilməsini tələb etməlidir”,-deyə Əyman əl-Zəvahiri bildirib.
|