Amid İsbəndərov/AZADİNFORM. Cari ilin birinci yarısında respublika üzrə 46 minə yaxın daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alınıb. AZADİNFORM xəbər verir ki, bu barədə Əmlak Məsələləri Dövlət Komitəsində cari ilin birinci yarısının yekunlarına həsr olunan iclasında məlumat verilib.
Bunun 15 minə yaxını təkrar 31 minə yaxını isə təkrar qeydiyyat təşkil edir. Bunlardan 9196-ı fərdi yaşayış və bağ evi, 18500-ü mənzil, 14802-i torpaq sahəsi, 2295-i qeyri-yaşayış sahəsi, 273-ü əmlak kompleksi, 9-ü çoxmərtəbəli yaşayış binası, 397-i çoxillik əkmə təşkil edib. Bununla yanaşı hesabat müddətində 9723 ipoteka müqaviləsi, 217 yüklülük (icarə, istifadə) dövlət qeydiyyatına alınıb. Hesabat müddətində üzərində mülkiyyət hüquqlarının qeydiyyatı aparılmış daşınmaz əmlak obyektlərindən 18958-sı (41.7 faizi), tərtib edilmiş texniki pasportlardan 13385-i (346.4 faizi), dövlət qeydiyyatına alınmış ipoteka müqavilələrindən 4746-ı (48.8 faizi), dövlət reyestrindən hüquq sahiblərinə verilmiş məhdudiyyət arayışlarından 9442-i (31.2 faizi), əhaliyə xidmətlə bağlı arayışlardan 14398-i (65.9 faizi), tərtib edilən müayinə aktlarından 9442-i (29.0 faizi) Bakı şəhərinin payına düşür. Qeyd edilən dövrdə daşınmaz əmlakın dövlət qeydiyyatı ilə bağlı 5685 min manat xidmət haqqı, 3406,8 min manat dövlət rüsumu daxil olub.
|