Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
Axtarış: 
Əli Abbasov dövlət naziri Zəfər Çağlayanla görüşüb
Mübariz Aslanov/AZADİNFORM. Türkiyənin xarici ticarət üzrə dövlət naziri Zəfər Çağlayan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində olub. Bu barədə məlumatı AZADİNFORM-a RİTN-dən veriblər. Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovla görüşdə tərəflər rabitə və informasiya texnologiyaları sektorunda birgə əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

Azərbaycanın informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsinin dinamik artımını qeyd edən türkiyəli nazir ölkəsinin Azərbaycanda reallaşdırılan İKT layihələrilə maraqlandığını bildirib və bu istiqamətdə əlaqələrin daha da genişlənəcəyinə əminliyini vurğulayıb. Ə.Abbasov ölkədə həyata keçirilən iri layihələr barədə qonağı məlumatlandırıb. Nazir Transmilli Avrasiya Super İnformasiya Magistralı (TASİM) barədə danışıb. TASİM-in reallaşdırılması nəticəsində region ölkələri üçün “rəqəmli geriliyi” aradan qaldırmağa, iqtisadiyyatı artırmağa, eləcə də regionu inkişaf etdirməyə imkan yaranacağını diqqətə çatdıran Ə.Abbasov bu sahədə əməkdaşlığın hər iki tərəf üçün uğurlu olacağını söyləyib. Görüşdə Türkiyə nümayəndə heyətinə Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə çıxarılması, Regional İnnovasiya Zonasının yaradılması və digər irimiqyaslı layihələr barədə məlumat verilib. Türkiyə və Azərbaycan arasında İKT sahəsində qarşılıqlı əməkdaşlığı genişləndirmək və inkişaf etdirmək məqsədilə işçi qrupu yaratmaq haqqında qərar qəbul edilib.

Yerləşdirilib: 29.07.10   Baxılıb: 172
+  -  Çap 

ONLINE XƏBƏRLƏR
 
  • Ombudsman Niderlandın XİN nümayəndələrini qəbul edib
  • Oqtay Əsədov: “Bizdə inam yarandı ki, Fransa Konstitusiya Şurası ədalətli qərar qəbul edəcək”
  • Sabir Rüstəmxanlı: “Azərbaycanın Şimali Azərbaycan adlandırılması məntiqə uyğundur”
  • Birinci Dünya müharibəsinin son iştirakçısı vəfat edib
  • İraqda 14 nəfər edam olunub
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb

  •