Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
Axtarış: 
Azərbaycan antikorrupsiya islahatları sahəsində irəliləyişə nail olub
Atif Eyvazov/AZADİNFORM. Baş Prokurorluğun Elmi-Tədris Mərkəzində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) İstanbul Fəaliyyət Planının Azərbaycan üzrə dəyərləndirmə hesabatı dinlənil ib. Bu barədə məlumatı AZADİNFORM-a Baş Prokurorluqdan veriblər. Tədbirdə müvafiq dövlət qurumlarının nümayəndələri, Milli Məclisin deputatları və QHT təmsilçiləri iştirak ediblər.

Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev bildirib ki, Azərbaycan İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ilə artıq 2003-cü ildən əməkdaşlıq edir. Bu müddət ərzində təşkilatın Azərbaycan hökumətinə çox dəyərli tövsiyələr verdiyini diqqətə çatdıran K.Əliyev OECD və Avropa Şurasının Korrupsiyaya Qarşı Dövlətlər Qrupunun tövsiyələrinin prezident İlham Əliyev tərəfindən imzalanmış müvafiq Sərəncam və Fərmanlarda öz əksini tapdığını, bu sahədə ardıcıl işlər həyata keçirildiyini vurğulayıb. OECD Katibliyinin antikorrupsiya məsələləri üzrə baş müşaviri Olqa Savran və təşkilatın eksperti Daniel Telesklaf çıxışlarında Azərbaycanda korrupsiyaya qarşı mübarizədə müsbət nəticələr əldə edildiyini vurğulayıblar. Milli Məclisin deputatı, Azərbaycanın Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın üzvü Bəxtiyar Əliyev tədbirin çox böyük önəm daşıdığını, dəyərli təkliflər verildiyini söyləyib. B.Əliyev qeyd edib ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində Dövlət Proqramı həyata keçirilib, mütərəqqi qanunvericilik bazası yaradılıb, beynəlxalq təşkilatlar və KİV-lərlə geniş əməkdaşlıq münasibətləri qurulub.

Yerləşdirilib: 29.07.10   Baxılıb: 154
+  -  Çap 

ONLINE XƏBƏRLƏR
 
  • Ombudsman Niderlandın XİN nümayəndələrini qəbul edib
  • Oqtay Əsədov: “Bizdə inam yarandı ki, Fransa Konstitusiya Şurası ədalətli qərar qəbul edəcək”
  • Sabir Rüstəmxanlı: “Azərbaycanın Şimali Azərbaycan adlandırılması məntiqə uyğundur”
  • Birinci Dünya müharibəsinin son iştirakçısı vəfat edib
  • İraqda 14 nəfər edam olunub
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb

  •