Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
Axtarış: 
Xəzərin üstündə tikiləcək körpü ilə bağlı 3 variant təqdim olunub
Körpüdə iki istiqamətli 4 hərəkət zolağının olacağı planlaşdırılır



Yaxın gələcəkdə Xəzər dənizinin üzərindən körpü və Neftçilər prospektinə paralel olaraq Milli Parkın altından isə yeraltı tunel keçəcək. Koreyalıların görəcəyi bu işlər Bakının mərkəzi rayonunun müfəssəl planının tərkib hissəsi kimi həyata keçiriləcək.
Bir neçə il sonra dənizin ortası ilə Şıxovdan Zığ qəsəbəsinə qədər uzanacaq körpü təkcə şəhərimizə xüsusi gözəllik verməyəcək, həm də şəhərə daxil olan avtomobillərin vaxt və yanacaq itkisi etmədən mənzil başına çatmalarına kömək olacaq. Belə ki, qərb və cənub tərəfdən gələn nəqliyyat vasitələri inşa ediləcək körpü vasitəsilə Abşeron yarımadasının digər nöqtəsinə qədər hərəkət edə biləcək. Hazırda avtomobillər bunun üçün şəhərin içi ilə və ya dairəvi yollarla hərəkət edir ki, bu da yetərincə vaxt və yanacaq itkisi deməkdir. Deyilənə görə, bu layihənin həyata keçməsi belə problemləri xeyli aradan qaldıracaq. Artıq körpünün inşasını təklif edən Koreya şirkətləri Nəqliyyat Nazirliyi ilə danışıqlara başlayıb. Bu barədə məlumat verən Nəqliyyat Nazirliyinin nəqliyyat siyasəti və iqtisadiyyat şöbəsinin müdiri Sədrəddin Məmmədov təqdim olunan layihələr üzərində müzakirələrin aparıldığını bildirdi. “Koreya şirkətləri ilə Nəqliyyat Nazirliyinin qurumları ilə əməkdaşlıq üçün memorandum hazırlanıb. Onlara texniki iqtisadi əsaslandırma işləri üçün 1,6 milyon manat qrant ayrılıb. Onlar özləri tender keçirib konsorsium yaradıblar”, -deyə Sədrəddin Məmmədov vurğulayıb. Qeyd edək ki, körpünün tikilməsi nəzərdə tutulan ərazilərdə bir il ərzində tədqiqat işlərinin aparılması nəzərdə tutulur. Tədqiqat müsbət nəticə verdiyi təqdirdə layihə təsdiqlənməsi üçün ölkə rəhbərliyinə təqdim olunacaq. Rəyə müsbət cavab verilərsə, körpünün inşasının 4-5 il çəkəcəyini bildirən Nəqliyyat Nazirliyinin nəqliyyat siyasəti və iqtisadiyyat şöbəsinin müdiri nəticənin uğurlu olacağından əmindir. Onun sözlərinə görə, koreyalılar körpünün inşası üçün 3 variant təqdim edib ki, hələlik heç bir seçim edilməyib. “Layihənin birində yol adanın yaxınlığından keçir və yol qovşağı vasitəsi ilə adaya birləşir. İkinci yol birbaşa keçir. Şüşəli liftlər vasitəsilə insanların həmin adalara keçməsi təmin olunur. Yəni adalarda nəqliyyat vasitələri olmur. Adalarda mobil maşınlar vasitəsilə hərəkət edirlər”, söyləyən Nəqliyyat Nazirliyinin nəqliyyat siyasəti və iqtisadiyyat şöbəsinin müdiri Sədrəddin Məmmədov digər variantın dənizdə turizmin inkişafına şərait yaradacağını bildirdi. Belə ki, burada yaradılacaq süni adalar kompleksi Bakıya turist cəlb edilməsini təmin edəcək. Burada komplekslərə keçid şüşəli akvariumla təmin olunacaq. Adalar inkişaf edərsə, Bakı körfəzində və buxtada su taksilərinin hərəkəti təmin olunacaq. Körpüdə iki yerdə, asma hissədə qüllə tikiləcək. Bu qüllələrin üzərində xüsusi lazer effektləri quraşdırılacaq ki, bu da müxtəlif rəngli işıqlarla şəhərə yaraşıq verməklə yanaşı, bayram tədbirlərində havada yazıların yazılmasına da imkan verəcək. Körpünün ümumi uzunluğu 26,5 km olacaq. Hələlik, körpüdə iki istiqamətli 4 hərəkət zolağının olacağı planlaşdırılır. Paytaxtda bir sıra nəqliyyat qovşaqlarının yenidən təkmilləşdirilməsi və mərkəzi küçələrin genişləndirilməsi ilə yanaşı Milli Parkın ərazisinin dənizin iççərisinə doğru 100 metr genişləndirilməsi və burada yeraltı avtomobil yolunun çəkilməsi də planlaşdırılır. Məlumatı verən Layihə İnstitutunun direktoru İlqar İsbatov bütün bu işlərin hələlik sadəcə Bakı şəhərinin inkişaf planına salınmış təkliflərdən ibarət olduğunu deyib. “Nəzərdə tutulan tunel xətti Bakı şəhərinin Bayıl yaşayış ərazisini Qara şəhər adlanan hissəsindəki nəqliyyat qovşağı vasitəsilə, Yusif Səfərov və Nobel prospektlərini əlaqələndirəcək”, -deyə Layihə İnstitutunun direktoru İlqar Isbatov qeyd edib. Bu layihə öz təsdiqini taparsa, Neftçilər prospektində yaranan nəqliyyat sıxlığının aradan qaldırılması təmin ediləcək. Xəzər dənizinin səviyyəsində yüksəlmə olarsa, onun törədəcəyi fəsadların qarşısını alacaq, o cümlədən Milli Parkın ərazisinin genişləndirilməsi ilə şəhər əhalisinin istirahəti daha yaxşı təmin olunacaq. İdeya layihəsində tikiləcək avtomobil tuneli təqribən 5 km uzunluğunda olacaq. Tunelin 6 gedişli iki istiqamətli nəqliyyat arteriyası kimi tikilməsi nəzərdə tutulub.
ANS

Yerləşdirilib: 29.07.10   Baxılıb: 280
+  -  Çap 

ONLINE XƏBƏRLƏR
 
  • Ombudsman Niderlandın XİN nümayəndələrini qəbul edib
  • Oqtay Əsədov: “Bizdə inam yarandı ki, Fransa Konstitusiya Şurası ədalətli qərar qəbul edəcək”
  • Sabir Rüstəmxanlı: “Azərbaycanın Şimali Azərbaycan adlandırılması məntiqə uyğundur”
  • Birinci Dünya müharibəsinin son iştirakçısı vəfat edib
  • İraqda 14 nəfər edam olunub
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb

  •