Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
Axtarış: 
Yüksək gərginlikli elektrik xətlərinin altındakı tikililər söküləcək
Azərbaycanda enerji sistemi üçün əhəmiyyətli olan yüksək gərginlikli elektrik xətlərinin altında inşa olunmuş tikililər söküləcək. Bu barədə «Azərenerji» ASC-nin Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutunun direktoru Nurəli Yusifbəyli bildirib.



N.Yusifbəylinin sözlərinə görə, cari ilin fevral ayında enerji sistemində yaranmış problemdən sonra hökumətin tapşırığı ilə yüksək gərginlikli elektrik verilişi xətlərinin mühafizə zolağında inşa olunmuş tikililərin siyahısı hazırlanıb. Sözügedən siyahı «Azərenerji» və hökumətə təqdim olunub.

«Bu evlərin əksəriyyəti, fikrimcə, söküləcək. Bu tikililərin mövcudluğu həm orada yaşayanların səhhəti üçün zərərlidir, həm də sistem üçün təhlükə yaradır», - deyə N.Yusifbəyli vurğulayıb.
İnstitut rəhbərinin sözlərinə görə, sistemverici xətlərin altındakı tikililərin sayı 500-ə yaxındır. Ölkənin dayanıqlı enerji təchizatını həyata keçirmək, baş verən qəza hallarının vaxtında qarşısını almaq, qabaqlayıcı-proflaktik tədbirlərin həyata keçirilməsi üçün hökumət bu sahədə müəyyən tədbirlər həyata keçirməyi planlaşdırır.
Hökumətdə hesab edirlər ki, respublika əhəmiyyətli infrastrukturun mühafizə zolaqlarında inşa olunmuş bütün tikililərə kompensasiyanın verilməsi hazırkı şəraitdə mümkün deyil. Yalnız sənədi olan və dövlət reyestrinə daxil edilmiş obyektlərə kompensasiya ödənə bilər. Bu ilin fevralında Bakıda yaşanmış enerji böhranını yüksək gərginlikli xətlərin altında inşa olunmuş obyektlərlə əlaqələndirən «Azərenerji» ASC-dən verilən məlumata görə, elektrik xətlərinin mühafizə zolaqlarındakı tikililər və çoxillik əkmələr xətlərin təmiri, yeniləşdirilməsi, eləcə də qəza hallarının vaxtında aradan qaldırılmasına maneçilik törədir. Digər tərəfdən, bu, ərazidə yaşayanların həyatına da təhlükə törədir. Qeyd edək ki, qanunvericiliyə əsasən, yüksək gərginlikli xətlərin 250 metrliyində yaşayış məskəni salmaq olar. Bu xətlərin altında azillik əkmələrə (ot, bostan, tərəvəz və s.) icazə verilir. Bu ərazilərdə bağ salmaq, çoxillik ağaclar əkmək isə qadağandır. «Azəriqaz»ın apardığı araşdırmalara görə, hazırda paytaxt və onun rayonlarında qaz kəmərləri üzərində və mühafizə zolağında ümumilikdə 3 mindən artıq tikili var. Binəqədi rayonunda və bəzi yerlərdə hətta yaşayış evlərinin divarları belə qaz kəmərlərinin üzərindədir. Bakı şəhərinin qaz təchizatının yaxşılaşdırılması ilə bağlı həyata keçirilən layihələr çərçivəsində bəzi kəmərlərin evlərdən uzaqlaşdırılması həyata keçirilsə də, hazırda istehsalat birliyi bu faktlarla bağlı yenidən dəqiqləşdirmələr aparır. Azərbaycanın energetika siyasətini həyata keçirən Sənaye və Energetika Nazirliyində isə hesab edirlər ki, enerji infrastrukturlarına aid ərazilərdə torpaqları vətəndaşlara bələdiyyələr və yerli icra hakimiyyətləri satıb.

Yerləşdirilib: 21.07.10   Baxılıb: 267
+  -  Çap 

ONLINE XƏBƏRLƏR
 
  • Ombudsman Niderlandın XİN nümayəndələrini qəbul edib
  • Oqtay Əsədov: “Bizdə inam yarandı ki, Fransa Konstitusiya Şurası ədalətli qərar qəbul edəcək”
  • Sabir Rüstəmxanlı: “Azərbaycanın Şimali Azərbaycan adlandırılması məntiqə uyğundur”
  • Birinci Dünya müharibəsinin son iştirakçısı vəfat edib
  • İraqda 14 nəfər edam olunub
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb

  •