Amid İsbəndərov/AZADİNFORM. Xəzər Mühəndisləri İctimai Birliyi elm və mühəndislik uzrə “Parlaq İdeyalar” müsabiqəsinə start verib. Bu barədə məlumatı AZADİNFORM-a Xəzər Mühəndisləri İB-in mətbuat katibi Günel Murad bildirib.
Layihənin əsas məqsədi təhsil, mühəndislik, elm və texnologiyaların inkişafına dəstək olmaq və bu sahələrdə gənclərin parlaq ideyalarını üzə çıxarmaqdır. Müsabiqə tələbələr, gənc elm adamları və mühəndislər üçün müasir texnologiyalar, elmi araşdırmalar və sənaye kimi sahələrdə bilgi mübadiləsi aparmaq üçün çox gözəl imkandır. Müsabiqəyə göndərilən layihələr müasir elm və mühəndislik ideyalarını əks etdirməli və elmi araşdırma və ya praktik təcrübə əsasında yazılmalıdır. Yarışmanın rəsmi dilləri Azərbaycan, ingilis və rus dilləridir. İştirak etmək üçün layihələri müraciət forması ilə birgə Təşkilat Komitəsinə göndərmək lazımdır. Layihələr Beynəlxalq juri heyəti tərəfindən qiymətləndiriləcək. Qaliblər sertifikatlar və pul məbləği ilə təltif olunacaqlar. Ətraflı məlumatla Xəzər Mühəndisləri İB rəsmi səhifəsində tanış ola bilərsiniz www.thecesworld.org. Müraciətlər üçün son tarix 31.12.2010. Qaliblər isə 13.03.2011 tarixində elan olunacaq.
|