Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
Axtarış: 
Həmsədrlər prosesin dayandırılmasını istəmirlər
“ATƏT-in Minsk Qrupuna həmsədrlik edən ABŞ, Rusiya və Fransanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair mövqeləri məlumdur. Onlar birmənalı şəkildə Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsini istəyirlər”.



Bu fikirləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov jurnalistlər üçün keçirdiyi brifinqdə söyləyib. Nazir bildirib ki, Almatıda keçirilən “3+2” formatında görüşdən sonra birgə bəyanatla çıxış etmək erməni tərəfinin bir sıra məsələlərlə razılaşmaması ilə əlaqədar baş tutmayıb: “Lakin ATƏT-in Minsk Qrupuna həmsədrlik edən ölkələrin xarici siyasət idarələrinin rəhbərləri Sergey Lavrov, Bernar Kuşner və Ceyms Steynberqin birgə bəyanatı göstərir ki, həmsədrlər prosesin dayandırılmasını istəmirlər. Səbir etmək lazımdır və erməni tərəfi anlamalıdır ki, onların Dağlıq Qarabağ müstəqil görmək niyyəti mümkün deyil”.
XİN başçısı bildirib ki, Ermənistan işğal etdiyi ərazilərdən öz qoşunlarını çıxaran gün Azərbaycan dərhal sərhədləri açmağa və iqtisadi layihələr həyata keçirməyə hazırdır: “Almatı görüşündən sonra belə başa düşürəm ki, erməni tərəfi ən azı Xarici İşlər Nazirliyi səviyyəsində buna hazır deyil”.
Nazir onu da bildrib ki, Dağlıq Qarabağa müstəqilliyin verilməsi gələcək danışıqların mövzusu ola bilməz. "Ermənilərin müstəqil Ermənistan dövləti var. Dağlıq Qarabağ ermənilərinin öz müqəddəratını təyin etməsi yalnız Azərbaycanın tərkibində muxtariyyət çərçivəsində ola bilər", - o qeyd edib.

Yerləşdirilib: 20.07.10   Baxılıb: 243
+  -  Çap 

ONLINE XƏBƏRLƏR
 
  • Ombudsman Niderlandın XİN nümayəndələrini qəbul edib
  • Oqtay Əsədov: “Bizdə inam yarandı ki, Fransa Konstitusiya Şurası ədalətli qərar qəbul edəcək”
  • Sabir Rüstəmxanlı: “Azərbaycanın Şimali Azərbaycan adlandırılması məntiqə uyğundur”
  • Birinci Dünya müharibəsinin son iştirakçısı vəfat edib
  • İraqda 14 nəfər edam olunub
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb

  •