Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

YENİ MÜSABİQƏ

 
AXTARIŞ
 

 
 
ARXİV
 
« Sen.2010»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
27282930   
 
 




 
 
 
Azərbaycan Kəlbəcər və Laçın rayonlarının beş il ərzində qaytarılmasına razıdır
Azərbaycan ATƏT-in Minsk qrupu həmsədrlərinin Kəlbəcər və Laçın rayonlarının beş il ərzində qaytarılması barədə təklifinə razıdır. Bu barədə Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov Bakıda mətbuat konfransında bildirib.



Nazirin sözlərinə görə, Ermənistan Robert Köçəryanın prezidentliyi dövründə Kəlbəcər və Laçın rayonlarının on il müddətinə Azərbaycanın inzibati nəzarətinə qaytarılmasını təklif edib, Bakı isə o zaman bunun birillik müddətdə həyata keçirilməsini təkid edirdi.
"Serj Sarkisyanın prezidentliyi zamanı Yerevan danışıqların ilkin mərhələlərində müddəti yeddi ilədək azaltdı, Azərbaycan isə erməni qoşunlarının Kəlbəcər və Laçın rayonlarından üç il ərzində çıxarılması təklifi ilə çıxış etdi", - nazir deyib.

Nazirin sözlərinə görə, bu gün ATƏT-in Minsk qrupu həmsədrləri bu iki rayonun beş il müddətinə işğaldan azad olunmasını təklif edirlər və Azərbaycan bununla bağlı öz razılığını bildirib. Məmmədyarovun sözlərinə görə, Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburqdakı son görüşü zamanı Rusiya münaqişənin həlli üzrə bir sıra təkliflər irəli sürüb, onların arasında Azərbaycanın Kəlbəcər və Laçın rayonlarının qaytarılması da var.
Nazir sülhməramlı qüvvələrin Dağlıq Qarabağ münaqişəsi zonasında yerləşdirilməsi haqda suala cavab verərkən xatırladıb ki, hələ ATƏT-in Budapeşt sammitində qəbul edilən qərara görə, sülhməramlı qüvvələr ATƏT MQ həmsədr ölkələrinə və ya region dövlətlərinə məxsus olmamalıdır.

Yerləşdirilib: 16.07.10   Baxılıb: 129
+  -  Çap 

ONLINE XƏBƏRLƏR
 
  • Almaniya millimizi darmadağın etdi
  • ATƏT-in Baş katibi Tiflidə səfərdədir
  • BMT Gürcüstandakı münaqişələrə dair qətnamə qəbul edib
  • Bütün cəbhə boyu döyüş gedir
  • MBASK növbəti sığorta ödənişini həyata keçirib
  • ATB nümayəndələri Açıq Cəmiyyət İnstitutu Yardım Fondunda olub
  • Enerjiyə qənaət sahəsində standartların tədbiqi nəzərdə tutulub
  • ARDNŞ 7 mlrd. 484 mln. 714 min kubmetr “mavi yanacaq” verib
  • BSTA Avropa Şəbəkəsinin Rəhbər Komitəsinin növbəti görüşü olub
  • Həmsədrlər cəbhə bölgəsinə səfər ediblər
  • Qazaxıstanlı diplomatın SAM-da məruzəsi olacaq
  • Ağsuda aparılan arxeoloji tədqiqatlarla bağlı konfransı keçiriləcək
  • Yeni rabitə obyektləri əhalinin istifadəsinə verilir

  •