Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
Axtarış: 
Azərbaycanda seçkilərin keçirilməsi prosesi artıq Avropa standartlarına uyğundur
Prezident İlham Əliyev Mərkəzi Seçki Komissiyasının yeni inzibati binasının açılışında iştirak edib



İyulun 12-də Mərkəzi Seçki Komissiyasının yeni inzibati binasının açılışı olub. Prezident İlham Əliyev binanın açılışında iştirak edib. AzərTAc-ın məlumatına görə, ölkə başçısı yeni binanın istifadəyə verilməsi münasibətilə komissiyanın üzvlərini təbrik edərək, Mərkəzi Seçki Komissiyası üçün gözəl, möhtəşəm bina yaradıldığını vurğulayıb: “Bu, çox gözəl bir haldır, yəni artıq sizin üçün iş şəraiti də çox uyğun olacaq. Yəni biz bütün lazımi tədbirləri görürük ki, sizin işiniz daha da yaxşı təşkil olunsun”. 
Prezident son illər ərzində Mərkəzi Seçki Komissiyasının öz işində böyük nailiyyətlər qazanmasını xüsusi qeyd edib: “Azərbaycanda seçkilərin keçirilməsində artıq böyük təcrübə var və biz ən qabaqcıl təcrübəni öyrənirik, Azərbaycanda tətbiq edirik. Bütün işlər beynəlxalq standartlara uyğun şəkildə qurulub. Azərbaycanda seçkilərin keçirilməsi prosesi ildən-ilə daha da təkmilləşir, şəffaflıq tam şəkildə təmin edilir və insanlar azad, sərbəst şəkildə öz iradələrini ifadə edirlər. Sizin fəaliyyətinizdən çox şey asılıdır. Azərbaycan bütün beynəlxalq konvensiyalara qoşulub, seçki prosesinin daha da təkmilləşdirilməsi işində beynəlxalq təşkilatlarla uğurlu fəaliyyət göstərir. Bu gün Azərbaycanda seçkilərin keçirilməsi prosesi artıq Avropa standartlarına uyğundur. Əminəm ki, Azərbaycanda qarşıdan gələn parlament seçkiləri də ədalətli keçiriləcək, xalqın iradəsi tam şəkildə öz əksini tapacaq və beləliklə, Azərbaycanda demokratiyanın inkişafı prosesində yeni önəmli addım atılacaq”.
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov dövlət başçısına komissiya üzvlərinin və əməkdaşların minnətdarlığını çatdırıb: “Mən deyərdim ki, komissiya üzvləri üçün bəlkə də Avropada analoqu olmayan bir iş şəraiti yaradılıb. Hesab edirəm ki, bizə göstərdiyiniz etimadı doğruldacağıq”.
Sonra prezident İlham Əliyev rəmzi açılışı bildirən lenti kəsib və bina ilə yaxından tanış olub. Dövlətimizin başçısına məlumat verilib ki, milli eklektika üslubunda inşa olunmuş doqquzmərtəbəli binada komissiya üzvlərinin və əməkdaşların fəaliyyəti üçün hər cür şərait yaradılıb. Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov dövlət başçısına məlumat verərək bildirib ki, birinci mərtəbədə 320 yerlik akt zalı yerləşir. Burada müxtəlif tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılıb. Bundan əlavə, ictimai informasiya mərkəzi və digər işçi otaqlar da birinci mərtəbədə yerləşir.
Prezident İlham Əliyev binanın yuxarı mərtəbəsində konfrans və qəbulların keçirilməsi üçün zalda yaradılmış şəraitlə tanış olub. Bildirilib ki, burada treninq və praktiki məşğələlərin keçirilməsi üçün treninq otağı, yeməkxana və digər yardımçı otaqlar yerləşir. Dövlət başçısı eyvandan şəhərin mənzərəsini seyr edib.
Qeyd edək ki, binada Mərkəzi Seçki Komissiyasının 100 nəfərlik iclas zalı da var. Xarici və beynəlxalq nümayəndələrin işləməsi də diqqətdən kənarda qalmayıb, onlar üçün işçi otaqlar ayrılıb.
         Dövlət başçısına məlumat verilib ki, “Seçkilər” İnformasiya Mərkəzi də bu binada yerləşəcək. Mərkəzin konfrans zalında seçkilər zamanı nəticələrin nümayiş olunması üçün böyük monitorlar quraşdırılıb. Bu monitorlar Dövlət Avtomatlaşdırılmış İnformasiya Sisteminə (DAİS) qoşulmaqla səsvermənin gedişi və nəticələri haqqında məlumatların nümayiş olunması funksiyasını yerinə yetirir. Binada müxtəlif funksiyalı elektron şəbəkə quraşdırılıb ki, bu da dairə seçki komissiyaları ilə DAİS vasitəsilə elektron məlumat mübadiləsi, daxili və internet şəbəkəsi qismində fəaliyyət göstərir. Burada mərkəzi server və kommunikasiya otağı, yerli şəbəkə və internet şəbəkəsinin mərkəzi serverləri quraşdırılıb. Server otağına giriş-çıxışın nəzarətdə saxlanılması və təhlükəsizlik məqsədi ilə otağın giriş qapısında xüsusi barmaq izi funksiyası ilə fəaliyyət göstərən keçid qurğusu var. Binada seçkilər zamanı canlı müşahidə imkanı da təmin olunub. Seçki məntəqələrində yerləşdirilmiş veb-kameralara texniki nəzarət mərkəzi təşkil edilib. İstər ölkə daxilindən, istərsə xaricdən MSK-nın internet səhifəsinə daxil olmaqla bu veb-kameralar vasitəsilə səsvermə prosesi, səslərin sayılması və nəticələrin müəyyənləşdirilməsini müşahidə etmək mümkündür.
Yaradılmış şəraitlə yaxından tanış olan prezident İlham Əliyev bir daha yeni binanın istifadəyə verilməsi münasibətilə komissiyanın üzvlərini təbrik edib, onlara işlərində uğurlar arzulayıb. Binada yaradılmış imkanlardan razı qalan dövlət başçısı burada kollektivin səmərəli fəaliyyəti üçün hər cür şəraitin olduğunu, bunun isə Mərkəzi Seçki Komissiyasının işinin daha səmərəli təşkilinə imkan verdiyini diqqətə çatdırıb.
Daha sonra prezident İlham Əliyevə Mərkəzi Seçki Komissiyasının qarşısında quraşdırılmış günəş batareyalarının fəaliyyəti barədə məlumat verilib. Sənaye və Energetika Nazirliyinin nativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin direktoru Akim Bədəlov bildirib ki, bu, paytaxtda həyata keçirilən ilk pilot layihədir. İlkin nəticələr uğurludur, belə ki, ərazidə quraşdırılmış günəş panelləri və kollektorları həm Mərkəzi Seçki Komissiyasının yeni binasındakı qəza işıqlarının, həm də ətrafdakı işıq dirəklərinin fasiləsiz enerji ilə təmin olunmasına imkan verir. Binanın isti su ilə təchizatı da günəş kollektorları vasitəsilə həyata keçirilir. Gələcəkdə belə layihələrin sayının artırılması və tətbiqinin genişləndirilməsi nəzərdə tutulur.
Prezident İlham Əliyev görülmüş işlərdən razılığını bildirib.

Yerləşdirilib: 13.07.10   Baxılıb: 211
+  -  Çap 

ONLINE XƏBƏRLƏR
 
  • Ombudsman Niderlandın XİN nümayəndələrini qəbul edib
  • Oqtay Əsədov: “Bizdə inam yarandı ki, Fransa Konstitusiya Şurası ədalətli qərar qəbul edəcək”
  • Sabir Rüstəmxanlı: “Azərbaycanın Şimali Azərbaycan adlandırılması məntiqə uyğundur”
  • Birinci Dünya müharibəsinin son iştirakçısı vəfat edib
  • İraqda 14 nəfər edam olunub
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb

  •