Rusiya prezidenti Dmitri Medvedyevin Azərbaycana səfəri başlayıb. Saratovda Dövlət Şurası Prezidiumunun fövqəladə toplantısını keçirən Rusiya prezidenti daha sonra xüsusi təyyarə ilə Azərbaycan paytaxtına gəlib.
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu sentyabrın 1-də ölkəsinin şərq vilayətlərinə səfər edib və Azərbaycan sərhədini keçərək qısa müddət Naxçıvan Muxtar Respublikasında olub.